Bu qadın gününün 15 saatını sükan arxasında keçirir - VİDEO

Avtodünya 8 Mart 2017 23:58 Oxunub 1610
Bu qadın gününün 15 saatını sükan arxasında keçirir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
57 yaşlı Nisə Əliyeva ailəsini mikroavtobus sürməklə dolandırır

Ailəsini sürücülük edərək dolandıran qadın 8 Mart günü də iş başında olub. Nə cəsarətdə, nə də fərasətdə kişilərdən geri qalmır... Sürücülük edərək ailəsini saxlayır. Özü də mikroavtobus sürməklə. Söhbət Tovuzun Qovlar şəhərindən gedir. 57 yaşlı Nisə Əliyeva 8 ildir mikroavtobus sürücüsü kimi işləyir. Hər gün səhər saat 6-da evindən çıxan sürücü xanım axşam 9-a qədər sükan arxasında olur. Nisə Əliyeva deyir ki, özü kimi mikroavtobus idarə edən xanım sürücü az tapılar. O, beynəlxalq qadınlar günündə də iş başında olub. Xanım sürücünü bu gün polislər saxlayıb. Ancaq qayda pozduğuna görə yox, bayramını təbrik etmək üçün.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh