İcarəyə maşın verdi, əvəzində cərimə "qazandı" - VİDEO

Xəbərlər 9 Mart 2017 00:02 Oxunub 1917
İcarəyə maşın verdi, əvəzində cərimə "qazandı" -  VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını icarəyə verərkən qarşı tərəflə heç bir müqavilə bağlamayıb

Xezerxeber.az məlumat verir ki, Lerik rayonunun Vənədi kənd sakini Hicran Rəhimov ötən il avtomobilini Türkuçar İhsan adlı Türkiyə vətəndaşına etibarnamə ilə icarəyə verib. Razılaşmaya görə, su anbarı tikintisində işləyən Türkiyə vətəndaşı ayda 600 manat verməli imiş.

Avtomobilini Türkuçar İhsanın işlədiyi şirkətin həyətindən tapan Hicran Rəhimov sonradan onun özünü axtarsa da, tapa bilməyib. İndi Hicran Rəhimovun yeganə istəyi ünvanına göndərilən 840 manatlıq radar cərməsini ödətdirmək və icarə pulundan qalan 520 manat pulu geri almaqdır. Lənkəran sakini maşınını icarəyə verərkən qarşı tərəflə heç bir müqavilə bağlamayıb. Elə buna görə də haqlı olduğunu sübut edə bilmir.

Hüquqşünas Xəyal Bəşirli bu vəziyyətdə tərəflər arasında mütləq müqavilə bağlanmalı olduğunu deyir. Bundan əlavə, vətəndaş məhkəmə qaydasında sübut etməlidir ki, avtomobil onun yox, icarədar tərəfindən radara salınıb. Yalnız bundan sonra cərimənin ödənməsini tələb edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh