Bakıda yol polisi bahalı avtomobilləri cərimə meydançasına yığdı - FOTOLAR

Avtoxəbər 9 Mart 2017 00:14 Oxunub 10208
Bakıda yol polisi bahalı avtomobilləri cərimə meydançasına yığdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların əksəriyyətinin ödənilməyən cərimələri var

Bakıda yol polisi əməkdaşları bir neçə bahalı avtomobili cərimə meydançasına salıb. Avtosfer.az-ın əməkdaşı həmin avtomobillərin bir neçəsinin fotolarını Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı cərimə meydançasında çəkib. Məlum olub ki, “Mercedes GL”, “Porsche”, “BMW”, “Land Rover”, "Dodge", "Crsyler" və başqa bu kimi bahalı maşınların cərimə meydançasına salınmasına səbəb onları idarə edən şəxslərin xeyli miqdarda ödənilməyən cəriməsinin olmasıdır. Bundan əlavə, avtomobili sərxoş halda idarə edən, nəqliyyat vasitəsinə əlavə avadanlıqlar quraşdıran sürücülərin də maşını cərimə meydançasına salınıb. Həmin avtomobillər arasında AA seriyalı 100 minlik avtomobil də var.

“Niva” markalı avtomobildə isə konstruksiya dəyişikliyi edildiyi üçün cərimə meydançasına gətirilib.

Cərimə meydançasında çəkilən fotoları təqdim edirik:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh