Sürücü hərəkəti hansı istiqamətdə davam edə bilər? - DOĞRU CAVAB

Yarışma 9 Mart 2017 01:35 Oxunub 5325
Sürücü hərəkəti hansı istiqamətdə davam edə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü hərəkəti hansı istiqamətdə davam edə bilər?

a)  Sola və geriyə;

b) Yalnız sola;

c) Düzünə, sola və geriyə.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin V hissəsinin 18-ci bəndinə əsasən,  1.18 nişanlanması müstəqil, yaxud 5.8.1, 5.8.2 yol nişanları ilə birlikdə tətbiq edilir və sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Bu şəkildə isə nəqliyyat vasitəsi sağ zolaqdadır və svetoforun əlavə yaşıl işıq bölməsi əsas bölmədəki qırmızı işiqla eyni vaxtda yanır. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Sürücü hərəkəti yalnız sola davam edə bilər.

Suala ilk doğru cavabı Cavanşir adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sakhavat Akhundov 9 Mart 2017 11:40
Sola və geriyə sagı buraxmaq şərtiylə