Sürücü sola dönmə işıq siqnalını nə vaxt söndürməlidir? - YENİ SUAL

Yarışma 10 Mart 2017 11:50 Oxunub 8903
Sürücü sola dönmə işıq siqnalını nə vaxt söndürməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə zamanı işıq siqnallarının verilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Ötmə manevri edən sürücü sola dönmə işıq siqnalını nə vaxt söndürməlidir?

a)  Ötmə üçün istifadə etdiyi sol zolağa tam çıxdıqdan dərhal sonra;

b) Ötəcəyi avtomobili qabaqladıqdan dərhal sonra;

c) Ötmə manevrini tam başa çatdırdıqdan dərhal sonra.

QEYD: Cavabları yalnız sualların altındakı xanada yazasınız.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).

Avtosfer.az saytı isə sualın qalibinə 5 manatlıq danışıq kartı hədiyyə edəcək. (0703351559)

 

Avtosfer.az

http://avtosfer.az/upload/news/ea369f.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vusal 10 Mart 2017 17:03
c Ötmə manevrini tam başa çatdırdıqdan dərhal sonra.
Yunis 10 Mart 2017 13:51
C Ötmə Manevirini Tam Etdikdən Dərhal Sonra
Cavid 10 Mart 2017 12:30
a Ötmə üçün istifadə etdiyi sol zolağa tam çıxdıqdan dərhal sonra;
Yaqub 10 Mart 2017 12:15
a Ötmə üçün istifadə etdiyi sol zolağa tam çıxdıqdan dərhal sonra