Millət vəkilindən dəhşətli qəzaya - Reaksiya

Yazarlar 9 Mart 2017 15:12 Oxunub 1676
Millət vəkilindən dəhşətli qəzaya - Reaksiya
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Belə hallara qarşı sərt mövqe tutmalıyıq”

Millət vəkili Aydın Mirzəzadə 5 nəfər tələbənin dünyasını dəyişdiyu dəhşətli qəzaya münasibət bildirib. Bu barədə sosial şəbəkədə yazan millər vəkili qeyd edib ki, bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər bir kəsi sarsıtdı: “Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi bir hadisədir. Hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır. Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblərə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişiklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdır. Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevirilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir. İnsanlarımızın, xüsusi ilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq”.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh