Gəlin, "kartof" olmayaq... - Köşə

Yazarlar 9 Mart 2017 20:23 Oxunub 1574
Gəlin, "kartof" olmayaq... - Köşə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç kim qəzadan sığortalanmayıb, amma...

Bir ay əvvəl sosial şəbəkələrdə bir vətəndaş Bakı-Sumqayıt yolunda 14 yerlik mikroavtobusdan 28 nəfərin düşdüyünün  videosunu çəkib yaymışdı. Hətta o vaxt bu adam sosial şəbkələrdə fəryad edərək deyirdi ki, bir gün bu tələbələri qıracaqlar. Bu gün isə yayılan xəbərlərdə adıçəkilən yolda baş verən qəza nəticəsində 17 nəfərin yaralandığı və 5 nəfərin öldüyü açıqlandı. Hamısı da tələbə. Belə çıxır ki, 14 nəfərlik mikroavtobusda 22 nəfər olub. 

Bir müddət əvvəl Nəqliyyat Nazirliylini ləğv etdik. Yeninə də agentlik yaratdıq. Nazirliyinin bazasının da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirdik. Əl çaldıq, alqışladıq. Amma bu gün 5 gəncimizi itirdik. Əlbəttə çoxları üçün bu bəlkə də bir-iki günlük faciədir və yaddan çıxıb gedəcək. Amma 5 ailə gözüyaşlı qaldı. Valideyinlərin zülümlə böyütdüyü övladları gənc yaşda həyata vida etdi.

Əlbəttə, heç kim qəzadan sığortalanmayıb. Qəza da baş verə bilər, ölüm halı da. Bu təbiidir. Amma bir var bu təfadüfən olsun, biri də var ki, məsuliyyətsizlik ucbatından. 

İndi görəsən kimdir günahkar? Nəqliyyat Nazirliyi yox, Avtovağzal hələ kimə tabedir məlum deyil. Bəlkə elə həmin sürücüdür? Onun acgözlüyüdür? Yoxsa onu acgöz olmağa vadar edən məmurdur? 

P.S. Amma mənim fikrimcə günah nə insanları "kartof" hesab edən sürücüdə, nə də həmin sürücüyə "qazanc" gözü ilə baxan məmurdadır. Günah "kartof olmağı qəbul edənlərdədir." Gəlin "kartof" olmayaq...

 

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh