Bakıda işləməyən işıqforlar sürücüləri çətin vəziyyətə salır - VİDEO

Yazarlar 10 Mart 2017 00:54 Oxunub 1114
Bakıda işləməyən işıqforlar sürücüləri çətin vəziyyətə salır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşləməyən işıqforun qırmızı işığında keçdiklərinə görə cərimələniblər

Küçədə işləməyən işıqforlar sürücüləri çətin vəziyyətə salır. Söhbət paytaxtın Məhəmməd Xiyabanı küçəsindəki bir həftədir işləməyən işıqforlardan gedir. Avtosfer.az xəbər verir ki, bu yolda günün istənilən vaxtı real qəza vəziyyəti qaçılmazdır. Sürücülərin sözlərinə görə, işıqfora görə bir neçə dəfə qəza da olub. Hətta onlar bu yolda işləməyən işıqforun qırmızı işığında keçdiklərinə görə cərimələniblər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, belə bir vəziyyətdə ya işıqforların hamısı söndürülməlidir, ya da mütləq həmin yola hərəkəti nizamlamaq üçün yol polisi ayrılmalıdır.

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi  Vaqif Əsədov bildirdi ki, əraziyə baxış keçiriləcək və ən qısa zamanda mövcud problemin aradan qaldırılması üçün tədbirlər görüləcək. O ki qaldı işıqforun işləmdiyi vaxt həmin ərazidə qaydanı pozan sürücülərə, onlar barəsində heç bir cərimə tətbiq olunmayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh