Maksimum sürəti saatda 120 km olan bu maşın 122 ilə radara düşüb - VİDEO

Xəbərlər 10 Mart 2017 01:29 Oxunub 3607
Maksimum sürəti saatda 120 km olan bu maşın 122 ilə radara düşüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP: "Sürücü haqlı çıxarsa, tərtib olunan cərimə protokolu ləğv olunacaq"

Sabirabad sakini Kərim Hüseynovun ünvanına bu məktub göndəriləndə o, xeyli təəccüblənib. Çünki onun yük maşını saatda maksimum 120 km sürətlə gedə bilir. Sürücüyə göndərilən məktubda isə qeyd olunur ki, o, sürət limiti saatda 60 km olan yerdə bu həddi aşıb və saatda 122 km sürətlə hərəkət edib. Kərim Hüseynov bildirir ki, yük maşını ilə qeyd olunan sürətə çatması mümkün deyil. Vətəndaş onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Kamran Əliyev bildirib ki, vətəndaş onlara müraciət etsin. Araşdırıldıqdan sonra sürücü haqlı çıxarsa, tərtib olunan cərimə protokolu ləğv olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh