Sürücülərin nəzərinə - Prospektdə yol bağlandı

Gündəm 10 Mart 2017 01:37 Oxunub 3307
Sürücülərin nəzərinə - Prospektdə yol bağlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtonəqliyyat vasitələrinin girişi məhdudlaşdırılacaq

Yasamal rayonu "Sovetski" kimi tanınan ərazidə aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektində təmir-tikinti işləri davam etdirilir. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib. O bildirib ki, təmir-tikinti səbəbindən bir müddət bundan öncə sözügedən prospektdə hərəkətin hissə-hissə məhdudlaşdırılması istiqamətində işlərə başlanılıb. Artıq martın 10-dan etibarən Nərimanovun heykəlinin yerləşdiyi ərazidən prospektə avtonəqliyyat vasitələrinin girişi məhdudlaşdırılacaq. Həmin istiqamətdə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri tövsiyə olunur: “Yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”.

Qeyd edək ki, Nərimanov prospektində aparılan yenidənqurma işləri çərçivəsində yaxın günlərdə prospektlə tam olaraq hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh