Sürücü yol polisini zorla cərimə yazmağa məcbur etdi - VİDEO

Avtosfer TV 17 Avqust 2018 12:22 Oxunub 5421
Sürücü yol polisini zorla cərimə yazmağa məcbur etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi bahalı avtomobilin sürücüsünə cərimə yazmadı, görün nələr oldu

Sürücü polisin gözü qarşısında svetoforun qırmızı işığında keçir və saxlayıb cərimə yazılmasını tələb edir. Görüntülər Türkiyədə komik səhnəcikdəndir. Avtosfer.az xəbər verir ki, polis bu qayda pozuntusunu görmədiyini deyir. Sürücü cərimə yazılmasını nə qədər tələb etsə də, yol polisi bundan imtina edərək sürücüyə yolunu davam etməsi barədə göstəriş verir. Bundan qəzəblənən sürücü avtomobili arxaya verərək təkrar qırmızı işıqdan keçir və yenədən polisdən cərimə yazılmasını tələb edir. Bu dəfə polis ona cərimə yazaraq məsuliyyətə cəlb edir. Sürücü isə polisi bahalı maşınlarla qayda pozan sürücülərə göz yummaqda ittiham edir.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh