Pensiyaçılar metrodan pulsuz istifadə edəcəklər

Yeniliklər 10 Mart 2017 12:07 Oxunub 4632
Pensiyaçılar metrodan pulsuz istifadə edəcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Martın 15-dən

Martın 15-dən Özbəkistanın paytaxtı Daşkənddə pensiyaçılar metropolitenin xidmətlərindən pulsuz istifadə edəcəklər. Avtosfer.az-ın trend-ə istinadən məlumatına görə, ölkə Nazirlər Kabinetinin qərarına əsasən, bu, yalnız saat 10:00-dan 16:00-a qədər mümkün olacaq. Metroda ödənişsiz istifadə etmək üçün yalnız pensiya kitabçasını metropoliten əməkdaşına təqdim etmək yetərli olacaq. Bundan sonra metropoliten əməkdaşı onlara xüsusi jeton təqdim edəcək ki, pensiyaçılar həmin jetonla xüsusi ayrılmış turniketdən keçməklə metropolitenin xidmətindən istifadə edə bilsinlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh