“Aviasiya haqqında” qanuna dəyişiklik edildi

Yeniliklər 10 Mart 2017 12:17 Oxunub 1124
“Aviasiya haqqında” qanuna dəyişiklik edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident bu barədə fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Aviasiya haqqında” qanununa dəyişiklik edilməsi barədə fərman imzalayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, fərmanda deyilir:

“6.7. Qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə, həmin hava gəmisinin gömrük nəzarətindən və bu Qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

6.8. Müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malikdir. Bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır.

6.9. Bu Qanunun 6.8-ci maddəsində nəzərdə tutulmuş yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətlərini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.”.

3. Aşağıdakı məzmunda 42.1-1-ci maddə əlavə edilsin:

 

“42.1-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı uçuşların təhlükəsizliyi üzrə dövlət proqramını qəbul edir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh