Sürücülərə qarşı sərt reydlər: Sərnişinlər endirilir - VİDEO

Yol polisi 10 Mart 2017 15:02 Oxunub 19611
Sürücülərə qarşı sərt reydlər: Sərnişinlər endirilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və vətəndaşlar mikroavtobuslardan aşağı endirilib

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra “20 Yanvar” dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun əməkdaşları həmin ərazidə olub, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd prosesini izləyiblər. Reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub. Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və vətəndaşlar mikroavtobuslardan aşağı endirilib. Xatırladaq ki, ötən gün baş verən qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh