"Bərkgedən"lər yolu zəbt edib: Tədbir görüləcək? - FOTO

Yazarlar 10 Mart 2017 15:10 Oxunub 4502
"Bərkgedən"lər yolu zəbt edib: Tədbir görüləcək? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu dayanma-durma qaydalarının kobud şəkildə pozulması deməkdir və sürücülər buna görə qanuna əsasən məsuliyyətə cəlb ediləcəklər"

Avtosfer.az xəbər verir ki, bu barədə Bakının Nərimanov rayon sakini milli.az-a müraciət edərək Ağa Nemətulla küçəsində, 45 saylı orta məktəblə üzbəüz ərazidə minik avtomobillərinin sahibləri tərəfindən piyada səkisinin zəbt olunmasından şikayət edib: "Bu qanun pozuntusu daim müşahidə edilir, lakin heç bir tədbir görülmür. Çoxu da "bərkgedən"lərin maşınlarıdır. Qanun hamı üçün qanundursa, qoy onları da cəzalandırsınlar ki, başqalarına da dərs olsun".

 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, edilən şikayətlər bağlı zəruri tədbirlər görüləcək: "Təbii ki, bu dayanma-durma qaydalarının kobud şəkildə pozulması deməkdir və sürücülər buna görə qanuna əsasən məsuliyyətə cəlb ediləcəklər. Lakin bu cür məsələləri təkcə yol polislərinin öhdəsinə buraxmaq da yetərli deyil. Gərək ictimai qınaq da olsun. Bu cür hallara qarşı mübarizə aparmaq üçün onları kütləvi informasiya vasitələrində işıqlandırmağa ehtiyac var".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh