Saturn planetinin peyki UNO-ya bənzəyir

Maraqlı 10 Mart 2017 19:15 Oxunub 1572
Saturn planetinin peyki UNO-ya bənzəyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pan peyki çoban-peyk adlandırılır

Saturn planetinin peyki Pan uçan naməlum boşqaba bənzəyir. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, Amerikanın "Cassini" kosmik zondu Saturn planetinin çoxsaylı peyklərindən birinin, Pan peykinin fotolarını göndərib. Pan Peyki 1990-cı ildə kəşf edilib və daxili A qurşağının Enke bölümündə dövr edir. Əvvəlcə alimlərdə peykin keyfiyyətsiz şəkilləri var idi. Cassini" aparatı isə 7 mart tarixində Pan peykinin dəqiq fotolarını çəkə bilib. Fotolarda qeyri-adi peykin bütün ətrafını qurşaq kimi tutan donqarı da görünür. Fotolar 24.572 kilometrlik məsafədən çəkilib və bu rekord yaxın məsafə sayılır. Pan peyki çoban-peyk adlandırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh