Həmin yük maşını iki gün yolda qalıb? - AÇIQLAMA

Yazarlar 10 Mart 2017 16:06 Oxunub 17410
Həmin yük maşını iki gün yolda qalıb? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yayılan məlumatların əsası yoxdur"

Ötən gün Sumqayıt yolunda baş vermiş və 5 tələbənin ölümü ilə nəticələnən qəza ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Avtosfer.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, məlumatlardan biri də mikroavtobusun çırpıldığı yük maşının iki gündür ki, Sumqayıt yolunda dayanmasıdır. Bu məqamda sürücülər Dövlət Yol Polisinin qeyd edilən müddət ərzində yük maşınını oradan niyə götürməməsi məsələsini müzakirə edirlər. Məlumatı dəqiqləşdirmək üçün Dövlət Yol Polisinin Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. O, bildirib ki, yayılan məlumatların əsası yoxdur: “Hadisədən 4-5 saat əvvəl yük maşını nasaz olduğu üçün orada dayanıb. Bununla bağlı bütün təhlükəsizlik tədbirləri görülüb. Yük maşınının arxasında xəbərdarlıq nişanı qoyulub. Bundan əlavə, daşıdığı mişar daşları yolda 30 metrdən də çox məsafədə qoyulub. Elə gecə ilə də daşlar xüsusi işıq əks etdirici xətlərlə işarələnib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh