Bakıda bu marşurut avtobusunda gediş haqqı artırıldı - VİDEO

Avtoreyd 11 Mart 2017 00:18 Oxunub 4085
Bakıda bu marşurut avtobusunda gediş haqqı artırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər sərnişinlərdən 30 qəpik alır

Gedişhaqqı 25 qəpik olduğu halda sürücülər sərnişinlərdən 30 qəpik alır. Avtosfer.az xəbər verir ki, söhbət ''Koroğlu'' metrostansiyası yaxınlığından Məhəmmədi kəndinə gedən 217 saylı marşurut avtobusundan gedir. Sözügedən marşurutdan istifadə edən sərnişinlərin sözlərinə görə, 30 qəpik verdikdə sürücülər 5 qəpiyi qaytarmır. Səbəb kimi isə onlar xırda pullarının olmadığını deyirlər. Halbuki həmin marşurut xəttində qiymət bir neçə il əvvəl tarif şurasının qərarı ilə 25 qəpik olub. Sürücülər isə deyilənlərin əksini deyir. Onlar bir çox sərnişinin 5 qəpiyi almadan düşüb getdiklərini bildirirlər.

Şahidi olduq ki, sürücülərdə 5 qəpik demək olar ki, yox səviyyəsindədi. Bu da o anlama gəlir ki, sürücülər gediş haqqını qeyri-qanuni olaraq 30 qəpiyə qaldırblar. Həmin marşurutun sahibi bu cür halla qarşılaşan sərnişinlərin ona müraciət etməsini bildirdi. O, belə fakt görə sürücüləri işdən qovduğunu da deyir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev bildirdi ki, əgər hansısa sürücü müəyyən olunmuş gedişhaqqından artıq alırsa bu sərnişindaşıma qaydalarının pozulması deməkdir.Həmin xəttdə baş verənlər agentlik tərəfindən araşdırılacaq. Həqiqətən də təsdiq edilərsə daşıyıcı şirkət cərimə ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh