Sürücü ölən iş yoldaşını qoyub qaçdı - Xırdalanda

Avtoxəbər 11 Mart 2017 01:57 Oxunub 16267
Sürücü ölən iş yoldaşını qoyub qaçdı - Xırdalanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət avtomobili qəzaya düşdü

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, “Coca-cola” şirkətinə məxsus “İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində “Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 35 yaşlı Aydın Kosayev iki azyaşlı övladı var. Həyat yoldaşı isə üçüncü övladına hamilə imiş.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh