Avtobusdan sallananlar serialı davam edir – YENİ BİABIRÇI VİDEO

Xəbərlər 22 Oktyabr 2014 01:51 Oxunub 1789
Avtobusdan sallananlar serialı davam edir – YENİ BİABIRÇI VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda 155 nömrəli avtobusun sərnişinləri mənzil başına salonda yox, çöldə çatır

Bakıda sərnişin avtobuslarının özbaşınalığı davam edir. Maraqlıdır, bu qədər faktlar varkən, aidiyyatı orqanlar özlərini görməzliyə vururlar. Avtobuslar və onların qanunlara xor baxan sürücələri isə hər gün insanların həyatını təhlükəyə atmağa, ölümə səbəb olmağa davam edirlər.

Bu dəfə isə sosial şəbəkələrdə 155 nömrəli avtobusda sərnişinlərin şəyatı təhlükə qarşısında qalıb. Avtosfer.az-ın məlumatına görə, Firuz Qurbanov adlı istifadəçi facebook sosial şəbəkəsində videou paylaşaraq bu hadisənin 155 saylı avtobusda baş verdiyini bildirib. Göründüyü kimi, avtobus tam dolub. Sərnişinlərin bəziləri hətta bir əli ilə də olsa avtobusun qapısından sallanıb yol gedir. Yüksək sürətlə hərəkət edən bu avtobus çala-çökəyə düşərsə və ya bir balaca qəfil tormozlama baş verərsə o zaman bu sərnişinlərin yolun ortasına səpələnəcəyi gün kimi aydındır. Bəs görəsən, avtobus sürücüsü bu təhlükəni dərk etmir?

Ümumiyyətlə, görəsən, avtobusun salonunda gediş haqqı 20 qəpikdirsə, avtobusdan sallanıb çöldə yol getmək neçəyədir?

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh