“Eşşək arabası ilə gəzməyəcəm ki…” - 100 minlik maşını olan xalq artisti

Avtodünya 11 Mart 2017 17:41 Oxunub 5680
“Eşşək arabası ilə gəzməyəcəm ki…” - 100 minlik maşını olan xalq artisti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Nə sənətim, nə də özüm bu xırdalıqla uyğunlaşmırıq"

Xalq artisti Nəzakət Teymurova 100 minlik avtomobilindən danışıb. Avtosfer.az xəbər verir ki, o, aznews.az-a açıqlamasında “Porsche Cayenne” 90 NT 232 dövlət nişanlı avtomobilini 5 il bundan əvvəl aldığını qeyd edib. “Nə sənətim, nə də özüm bu xırdalıqla uyğunlaşmırıq. Mən adımın belə məsələlərdə hallandırılmasının tərəfdarı deyiləm. 20 ildir maşın sürürəm. Maşının qiyməti də 100 min deyil, o qiymətə alınmayıb. Şişirdilmiş qiymətdir. Burada qeyri-adi heç nə yoxdur. Dünən səhnəyə gələn uşaq da bu maşından sürür.” Nəzakət Teymurovanın sözlərinə görə, onun sənəti 100 minlik avtomobildən daha dəyərlidir: “Burada qeyri adi nə var?! Bir də eşşək arabası ilə gəzməyəcəm ki... İlhamə Quliyeva demişkən deyəsən, çaşırlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh