Yol polisindən insanlıq dərsi – Sürücüdən alqış sədaları – VİDEO

Yol polisi 14 Mart 2017 09:59 Oxunub 3074
Yol polisindən insanlıq dərsi – Sürücüdən alqış sədaları – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşı əlil piyadanı yoldan keçirmək üçün hərəkəti dayandırdı

Bakıda yol polisi əməkdaşının etdiyi hərəkət onun videosunu çəkən sürücünün və ətrafdakı insanların alqışına səbəb olub. Görüntüləri Avtosfer.az-a oxuculardan biri göndərib. Bildirib ki, əlil piyada yolu keçməkdə çətinlik çəkib. Bunu görən yol polisi əməkdaşı əks istiqamətdə xidməti maşını saxlayaraq yerə düşüb və yolda hərəkəti dayandarıb. DYP maşınındakı əməkdaş sürücülərə dayanmaq barədə göstəriş verib, digər polis isə həmin piyadaya yaxınlaşaraq qolundan tutub və yolu keçirib. Görüntüləri qeydə alan sürücü bu hərəkətinə görə yol polisinin ünvanına xoş sözlər deyib. Ətrafdakı insanlar isə bu mənzərəni maraqla izləyiblər.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh