Dəmiryolu Vağzalında yatmaq da pullu olacaq

Yeniliklər 12 Mart 2017 10:19 Oxunub 2642
Dəmiryolu Vağzalında yatmaq da pullu olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələlik “Sleepbox”dan istifadənin qiyməti müəyyən edilməyib

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün “Sleepbox” quraşdırılıb. “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Avtosfer.az-ın azvision.az istinadən məlumatına görə, sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. “Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir. Hələlik “Sleepbox”dan istifadənin qiyməti müəyyən edilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh