YPX əməkdaşının 16 yaşlı oğlu qəzada öldü - Xudatda

Yol polisi 12 Mart 2017 16:04 Oxunub 5420
YPX əməkdaşının 16 yaşlı oğlu qəzada öldü - Xudatda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerində araşdırmalar başlanılıb

Bu gün Xaçmazın Xudat şəhəri ərazisində, Xudat-Nabran yolunun 3-cü kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobil ilə bazarlıq edərək evə gələn sürücü 2001-ci il təvəllüdlü Asim Vahid oğlu Əmirovu traktor vurub. Hadisə o, maşını yol kənarında saxlayaraq yükləri evinə daşıyan zaman baş verib. Məmmədağa Quliyevin idarə etdiyi traktor gənci divara sıxışdırıb. Hadisə yerində ölən Asim Əmirov Səbail DYP əməkdaşı Vahid Əmirovun oğludur. Hazırda mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb və rayon Polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh