İran yeni tank istehsalına başlayıb

Texnologiya 12 Mart 2017 16:30 Oxunub 1677
İran yeni tank istehsalına başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bundan əvvəl İran “Zülfüqar” tankının müxtlif modifikasiyalarını istehsal edib

İran yeni “Karar” (Hücum) tanklarının kütləvi istehsalına başlayıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Fars” və “Tasnim” agentlikləri İranın güc strukturlarına istinadən məlumat yayıb. Yeni tank bu gün İran müdafiə naziri Hoseyn Dehqanın iştirak etdiyi tədbirdə nümayiş etdirilib. Bu tank ən müasir atəş və müdafiə sistemləri ilə təchiz edilib. “Karar” hərəkətsiz və hərəkətli obyektlərə dəqiq zərbə endirmək, müxtəlif maneələri aşmaq qabiliyyətinə malikdir. H.Dehqan deyib ki, bu tank İran Silahlı Qüvvələrinin gücünün simvoludur. Bundan əvvəl İran “Zülfüqar” tankının müxtlif modifikasiyalarını istehsal edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh