Yük maşnı saatda 110-la radara düşdü - VİDEO

Xəbərlər 12 Mart 2017 23:23 Oxunub 2321
Yük maşnı saatda 110-la radara düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə yük maşınının sürücüsünə həmin ərazidə radara düşməsi barədə protokol gəlib

Yük maşnı 110 kilometr/saat sürətlə radara düşüb. Sabirabadın Həsənli kənd sakini Rauf İsmayılovun ünvanına cərimə protokolu gəlib. Sənəddə göstərilir ki, o, idarə etdiyi yük maşını ilə fevralın 27-də sürət həddi 60 kilometr/saat olan yolda 110-la radara düşüb. Rauf İsmayılov deyir ki, həmin vaxt nəqliyyat vasitəsində 15 ton yük olub. Bu yüklə də maşını protokoldakı sürətlə sürmək mümkün deyil. Yəni protokolda texniki səhv var. Rauf İsmayılov iddi edir ki, həmin yük maşını ümumiyyətlə o cür yüksək sürətlə getmir. Rauf İsmayılovun sözlərinə görə, son günlər bir neçə yük maşınının sürücüsünə həmin ərazidə bu cür yüksək sürətlə radara düşməsi barədə protokol gəlib.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, sürücü bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə yazılı müraciət edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh