Polis avtomobil oğrularını yaxalayıb - FOTO

Avtoxəbər 13 Mart 2017 00:53 Oxunub 1507
Polis avtomobil oğrularını yaxalayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tahir Abdinov Natiq Muradovla qabaqcadan əlbir olaraq 5 avtomobil oğurlayıblar

Biləsuvar rayon polisi avtomobil oğurluğu ilə məşğul olan Cəlilabad sakinlərini yaxalayıb. Cəlilabad rayon sakinləri - Tahir Abdinov Natiq Muradovla qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda Biləsuvar, Cəlilabad və Masallı rayonlarından 5 avtomobil oğurlayıb. Tahir Abdinov avtomobil ustası olduğu üçün oğurlanmış maşınlar bir müddət onun təmir sexində saxlanılıb. Məlum olub ki, oğurlanmış avtomobillərdən ikisi müxtəlif vaxtlarda ehtiyat hissələrinə bölünərək, biri isə işlək halda müxtəlif şəxslərə satılıb. Ən qəribəsi isə odur ki, Tahir Abdinovla Natiq Muradov diqqəti yayındırmaq və ələ keçməmək üçün oğurladıqları avtomobillərin nömrələrindəki hərfləri sonradan xüsusi lentlərlə dəyişişiblər.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

 

“Report”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh