Yolu elə keçənin axırı belə olur – DYP-dən yeni - VİDEO

Yol polisi 14 Mart 2017 14:55 Oxunub 10834
Yolu elə keçənin axırı belə olur – DYP-dən yeni - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər üçün yaşıl işıq yananda özünü yola atan piyadalar çoxdur

DİN Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar piyadavurma hadisələrinin əsas səbəblərindən birini əks etdirən animasiya hazırlayıb. Avtosfer.az xəbər verir ki, budəfəki animasiya nizamlanan yolayrıcında piyadaların keçid qaydalarına həsr edilib. Məlum olduğu kimi, piyadavurma hadisələri bəzən piyadaların səhvi ucbatından baş verir. Məsələn, keçiddən istifadə qaydalarını bilməyən və yaxud da, bilib əməl etməyən piyada yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxaraq qəzaya səbəb olur. Yəni, bəzi piyadalar elə bilir ki, harada keçid varsa oradan istənilən an və istənilən formada yolu keçmək olar. Lakin unutmaq olmaz ki, avtomobil texnikadır və tormozu hər an tutmaya bilər, sürücü onu vaxtında dayandıra bilməz. Yəni heç bir piyada düşünməsin ki, 40-60 km/saat sürətlə gələn avtomobil 5-10 metr məsafədə dayana bilər. Bu, mümkünsüzdür. Həmin sürətlə avtomobil ən yaxşı halda 20-30 metrdən sonra dayana bilər.

Əksər piyadalar isə svetoforun işiqlarına əhəmiyyət vermir. Avtomobillər üçün yaşıl işıq yandığı halda özünü yola atan piyadalar çoxdur. Bu cür hallar qəzalara səbəb olur.

Odur ki, DYP-nin hazırladığı bu videoçarxa yaxşı-yaxşı baxmaq lazımdır. Burada qısa və sadə şəkildə yolu keçmək qaydaları izah olunur. Bu qaydalar sizin həyatınız üçün çox önəmlidir. 

“Yol hərəkəti haqqında” Qanunun tələbinə görə, piyada hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə nəqliyyat svetoforunun işarəsinin əsas tutmalıdır. Belə ki, zolaqların olmasına baxmayaraq piyada silueti şəklində olan svetoforun qırmızı işığı yandıqda və ya belə seksiya (bölmə) olmadıqda sağ və sol tərəfindən gələn nəqliyyat vasitələri üçün yaşıl, arxa və ön tərəfindən gələn nəqliyyat vasitələri üçün svetoforun qırmızı işığı yandıqda piyadanın yolu keçməsi qadağandır. Qaydalardakı bu tələbi pozan piyada inzibati məsuliyyət daşıyır və 20 manat cərimə oluna bilər. Onun bu hərəkəti bilavasitə öz həyatı üçün təhlükəlidir. 

Avtosfer. Baş DYPİ-nin hazırladığı həmin animasiyanı təqdim edir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh