SOCAR 7 yeni tanker alıb

Yeniliklər 13 Mart 2017 11:04 Oxunub 1124
SOCAR 7 yeni tanker alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəmilər Aralıq və Xəzər dənizlərində işləyəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Palmali" şirkətindən 7 yeni tanker alıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Reuters" agentliyinə müsahibəsində "SOCAR Trading"in baş icraçı direktoru Arzu Əzimov deyib. Gəmilər Aralıq və Xəzər dənizlərində işləyəcək. A.Əzimov bildirib ki, ötən ay bağlanan razılaşma çərçivəsində SOCAR iki ədəd 140 min ton tutumluq "Suezmax" və 5 ədəd 80 min tutumluq "Aframax" tipli neft tankeri alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh