Ermənilərin pilotsuz uçan aparatları bu silahla məhv ediləcək – FOTO

Texnologiya 13 Mart 2017 14:31 Oxunub 1613
Ermənilərin pilotsuz uçan aparatları bu silahla məhv ediləcək – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq razılaşma “Harp Arge” şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir

Türkiyənin “Harp Arge” şirkəti Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş “Drone Killer” silah sistemini satıb. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bundan başqa, sistem elektromaqnit maneələrinin qoyulmasında da istifadə olunur. Müvafiq razılaşma “Harp Arge” şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir. Bu sistemin Azərbaycanın güc strukturlarında uğurla sınaqdan keçirildiyi bildirilir. PUA-ların neytrallaşdırılması üçün nəzərdə tutulan “Drone Killer” silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Bununla da PUA ilə idarəetmə mərkəzi arasında əlaqə, həmçinin GPS sistemi pozulur.

Bu sistemdən Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində, eləcə də digər güc strukturlarında istifadə olunur.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh