Binədə qurulan işıq dirəkləri təhlükəyə çevrildi – Diqqət - FOTO

Yazarlar 13 Mart 2017 15:17 Oxunub 10185
Binədə qurulan işıq dirəkləri təhlükəyə çevrildi – Diqqət - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşıq dirəkləri keyfiyyətsiz qurulduğundan artıq bəziləri aşıb

Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidən qurulmasından 3 ay vaxt keçib. Avtosfer.az Ucnoqta.az-a istinadən xəbər verir ki, yolun yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən həyata keçirilib. Yolsuzluq problemindən əziyyət çəkən qəsəbə sakinləri yolun yenidən qurulmasına çox sevinmişdilər. Ancaq onların sevinci cəmi 3 ay çəkdi. ASC-nin məlumatında qeyd edilirdi ki, yol çəkilərkən 115 ədəd  9 m hündürlüyündə dirək olmaqla yeni işıqlandırma sistemi və 17 ədəd yol nişanları  və məlumatverici lövhələr quraşdırılıb. Düzdür 17 ədəd yol nişanının 4.5 km uzunluqda yola kifayət etdiyi bir qədər qaranlıqdır. Məsələn, asfalt qatı üzərində piyada keçidi üçün xətlər çəkilsə də, keçidə yaxınlaşan avtomobil sürücüləri üçün müvafiq keçid işarəsi qoyulmayıb. Bu isə ərazidə piyada vurulma hallarının artmasına səbəb olur. Yolda sürət həddini bildirən bir ədəd nişan belə yoxdur. Yuxarıda ASC-nin qeyd etdiyi işıq dirəkləri isə artıq sıradan çıxmaqdadır. Yolu işıqlandırmaq üçün nəzərdə tutulmuş işıq dirəkləri isə artlq sürücülər və piyadalar üçün təhlükə mənbəyinə çevrilib. İşıq dirəkləri keyfiyyətsiz qurulduğundan artıq bəziləri aşıb, bəzilərinin plafonları yola tökülüb, bəziləri isə aşağıda fotolardan göründüyü yıxılmağa hazırdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh