Avtobusda 8 sərnişin qapıdan çöldə gedir - VİDEO

Xəbərlər 13 Mart 2017 16:26 Oxunub 1737
Avtobusda 8 sərnişin qapıdan çöldə gedir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkələrdə görüntüləri yayılmış sərnişin avtobusu ilə bağlı sahibkara xəbərdarlıq edilib

Bakıda 179 nömrəli sərnişin avtobusu normadan artıq sərnişinlə hərəkət edib. Sabunçu rayonunda qeydə alınan hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Belə ki, Pirşağı qəsəbəsindən metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı dayanacağa qədər hərəkət edən 10 TG 572 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü həddindən artıq sərnişinlə yoluna davam edib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, qeyd edilən marşut xəttinin sahibkarına xəbardarlıq edilib. "Bu kimi hallar əlbəttə ki Bakı Nəqliyyat Agentliyini də narahat edir. Biz bu kimi halların baş verməməsi üçün mütəmadi olaraq daşıyıcılarla iş aparırıq. Yaxın vaxtlarda Nəqliyyat Agentliyi DYP ilə birgə bu və sərnişindaşıma qaydalarının pozulmasına yönələn digər hallara qarşı birgə tədbirlərin görülməsinə başlayacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh