AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırır

Yeniliklər 13 Mart 2017 17:10 Oxunub 1201
AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviareyslər "Airbus A319" markalı təyyarə ilə yerinə yetiriləcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə aviareyslərin sayın artırır. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda bildirilir. Qurum bildirir ki, artıq AZAL müvafiq razılığı əldə edib. Aviareyslər "Airbus A319" markalı təyyarə ilə yerinə yetiriləcək. Hazırda AZAL qeyd edilən marşrut üzrə həftədə 7 dəfə uçur. AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski isə bildirib ki, martın 26 etibarən uçuşlar yay qrafikinə əsasən yerinə yetiriləcək. Beləliklə, martın son bazar günündən etibarən bu marşrut üzrə həftə ərzində yerinə yetirilən aviareyslərin sayı 8-ə çatdırılacaq. Mayın 2-dən isə reyslərin sayı 9-dək, mayın 4-dən isə 10-dək artırılacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh