Harda təmirsiz yol varsa, deyin, təmir edək - Anar Nəcəfli

Qaydalar 13 Mart 2017 18:10 Oxunub 16926
Harda təmirsiz yol varsa, deyin, təmir edək - Anar Nəcəfli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu məsələ kökündən həllini tapmalıdır"

"Harda təmirsiz yol qalıbsa, deyin, təmir edək". Bu sözləri  Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Media24.az-a bu gün sürücülərin ən çox şikayət etdiyi Binəqədi şossesində çuxurların və çökəklərin əmələ gəlməsi şikayəti ilə bağlı danışarkən deyib. Sürücülər iddia edir ki, maşını çökəkdən qaçırmağa məcburdurlar və bu zaman da qəzanın baş verməsi labüdləşir. A.Nəcəfli bildirib ki, bu məsələlər kökündən həll edilməlidir: "Binəqədi şossesində yola yamaq vurmaqla məsələni həll etmək mümkün deyil, bu məsələ kökündən həllini tapmalıdır. Kanalizasiya çəkildikdən sonra yenidən yol qurulmalıdır. 

Ötən il olduğu kimi bu il də “Azəravtoyol” ASC problemli yolların təmirinə start verib. Bu işlər mərhələli şəkildə aparılır. Yənir birdən-birə bütün problemli yolları təmir etmək mümkün deyil. Qeyd etmək istəyirəm ki, əgər qaşınmış yollarla qarşılaşırsınızsa, bu o deməkdir ki, həmin yolda artıq təmir işləri başlayıb. Harda təmirsiz yol qalıbsa, deyin, nəzarətə götürək və qısa müddətə təmir edək".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elsad 18 Mart 2017 06:50
bilecerin yolu yaman gundedi baxilmir
Rusif 16 Mart 2017 18:29
Salam. Xahiş edirik, Qaradag rayonu Üqəsəbəsi cox pis vəziyyətdədir.Yardim edin, batlrlq,Sag olun.
Logman 14 Mart 2017 21:44
Salam hormetli Anar muellim zehmet olmasa Masazir kendi Heyder Aliyev kuchesi 17 unvanini qeyde alin. Bu yol yayda chekilib ve oktyabrda agir yuk mashini Shacman detonqarishdiricini kechmesi neticesinde dagilib ve berbad veziyyete dushub. Ulu onderimizin adin dashiyan bu kucheni tezlikle qeyde almaginizi xahish edirem.
Camila Babayeva 14 Mart 2017 16:37
Deyirəm! Babək prospekti