Polisi rüsvayedici video ilə şantaj edib 3 min istədilır - Həbs olundular

Yol polisi 13 Mart 2017 18:20 Oxunub 9024
Polisi rüsvayedici video ilə şantaj edib 3 min istədilır - Həbs olundular
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kafelədə 1000 manat pulu polis əməkdaşından alarkən tutulublar

Biləsuvarda polisi şantaj edən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 10-da Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacağı ilə hədələyib, ondan 3000 manat pul tələb etdiyini bildirib. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh