Qanunsuz mikroavtobuslara kimin nəzarət edəcəyi bilinmir - VİDEO

Yazarlar 13 Mart 2017 22:50 Oxunub 1202
Qanunsuz mikroavtobuslara kimin nəzarət edəcəyi bilinmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kampaniya qurtardı

Dörd gün əvvəl baş verən və 6 nəfərin dünyasını dəyişdiyi qəzadan sonra Bakı-Sumqayıt yolunda qanunsuz sərnişin daşıma yenidən davam edir. Yük daşımaq üçün nəzərdə tutulsa da oturacaqlar və pəncərələr quraşdırılaraq sərnişindaşımada istifadə edilən mikroavtobuslara qarşı mübarizə sanki kampaniya xarakterli oldu. 20 Yanvar dairəsinin yaxınlığında toplanmış belə mikroavtobuslara müştəri yığılması belə deməyə əsas verir. Adam başı 60 qəpikdən sərnişin daşıyan sürücülər kameramızı görən kimi qaçıb gizləndi. Sərnişinlər isə 20 Yanvar dairəsinin yaxınlığından Sumqayıta getməyin sərfəli olduğunu dedi.

Eyni hal Sumqayıt şəhərində də yaşanıb. Burada günün istənilən saatında qanunsuz fəaliyyət göstərən və Bakıya sərnişin daşıyan mikroavtobusları görmək mümkündür.

Problemin səbəblərindən bir məhz rəsmi qurumların məsələyə qarışıq münasibətidir. Qeyri-qanuni şəkildə fəaliyyət göstərən marşrut avtobuslarına nəzarət məsələsi Dövlət Avtomobil Nəqliyyat Xidməti ilə Dövlət Yol Polisi arasında müəmmaya çevrilib. Xidmətin sözçüsü Şəfa Mehmanqızı deyir bildirib ki, təmsil etdiyi qurum yalnız avtovağzaldan hərəkət edən avtobuslara nəzarət edir. 20 yanvar dairəsinin yaxınlığından hərəkət edən avtobuslar qanunsuz fəaliyyət göstərir və onlar yalnız yol polisi tərəfindən cərimələnə və xəttən yığışdırıla bilər.

Baş Dövlət yol polis idarəsinin şöbə rəisi Kamran Əliyev isə bildirib ki, yol polisinin bütün avtobusları saxlayıb onların sənədlərini yoxlaması mümkün deyil. Polis yalnız gözlə görünən xətalar olduqda sürücünü saxlayıb, sərnişin daşıma ilə bağlı sənədlərini yolxayıb cərimələyə bilər.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev də təmsil etdiyi quru tərəfindən yalnız müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslara fərqlənmə nişanı verildiyini və onların işinə nəzarət etdiyini deyir. Bu tip xidmət qeyri-müntəzəm fəaliyyət sayıldığından agentlik onlara heç bir müdaxilə edə bilməz.

Fakt isə budur ki, mütəmadi olaraq tibbi yoxlamadan keçməyən bu sürücülər, reys qabağı texniki yoxlamadan keçməyən avtomobillərlə hər gün yüzlərlə sərnişin daşıyır. Həmin sərnişinlərin həyatı isə təhlükədədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh