Azərbaycanda polis qəza törətdi - ölən var - FOTO

Yol polisi 13 Mart 2017 23:34 Oxunub 1956
Azərbaycanda polis qəza törətdi - ölən var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" markalı avtomobil yolu keçən piyadanı vurub

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçaydan İsmayıllı rayonu istiqamətinə hərəkət edən Məhəmməd Quliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay rayon Qarayazı kənd sakini Eyvazov Sədiyar Bulud oğlunu vurub. Nəticədə S. Eyvazov hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törətmiş M.Quliyev İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

İstiPress

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh