Gənclər “07”yə minib ölümə getdilər – Həyəcan dolu VİDEO

Yazarlar 28 Mart 2017 12:15 Oxunub 24925
Gənclər “07”yə minib ölümə getdilər – Həyəcan dolu VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların spirtli içkinin və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir

Birtərəfli yolda əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsünün dəhşət saçan videosu sosial şəbəkədə yayılıv və izləyicilər tərəfindən qınanılıb. Avtosfer.az xəbər verir ki, həmin sürücü qarşıdan gələn avtomobillərlə toqquşa biləcəyini dərk etsə də, buna məhəl qoymayaraq yolun hərəkət hissəsindən kənara çıxmadan avtomobillərin üzərinə sürüb. O, avtomobildə tək olmayıb. Bir qrup gənc bu hərəkətlərilə öyünərək əyləniblər. Onların spirtli içkinin və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir.

Bu cür mədəniyyətsiz, məsuliyyətsiz və insan həyatını oyuncaq sayan sürücülər ictimaiyyət tərəfindən qınağa cəlb olunmalıdır. Bu sürücü sabah kiminsə yaxın adamının, ailə üzvünün, sevdiyi bir insanın, elə özünün də həyatına son qoya bilər. Ona görə onu tanıyanlardan xahiş edirik ki, Avtosfer.az saytının 055-335-15-59 telefon nömrəsi ilə əlaqə saxlayaraq məlumat versin. Votsapdan da yaza bilərsiniz.

Əmin edirik ki, məlumat verən şəxsin anonimliyi qoruncaq. Biz onu vaxtında cəzalandırmasaq o bizi cəzalandıracaq...

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh