Bir həftə əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb - Bakıda

Qəzalar 14 Mart 2017 10:53 Oxunub 943
Bir həftə əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb

Bakıda bir həftə əvvəl avtomobil vuran piyada xəstəxanada ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, martın 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində 1960-cı il təvəllüdlü Əsədulla Məhərrəmov idarə etdiyi "VAZ 2104" markalı avtomobillə yolu keçən piyada Baba Yusifovu vurub. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ağır xəsarət alan B.Yusifov bu gün xəstəxanada dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır və Ə.Məhərrəmov saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh