Polis helikopteri qəzaya uğrayıb: 4 ölü

Qəzalar 14 Mart 2017 10:57 Oxunub 791
Polis helikopteri qəzaya uğrayıb: 4 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Helikopter dağlarda itmiş qadını axtarmağa gedirmiş

Meksikada polis helikopteri qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Mexikali şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı helikopterdə iki heyət üzvü və iki xilaskar olub. Onların hamısı hadisə zamanı həlak olublar. Polisin verdiyi məlumata görə, helikopter naqillərə toxunub. Nəticədə pilot ona nəzarəti itirib və helikopter yerə düşərək partlayıb. Helikopter dağlarda itmiş qadının xilas edilməsi missiyasını yerinə yetirirmiş.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh