Minik avtomobili ilə yük maşını toqquşdu: xəsarət alan var - FOTO

Qəzalar 14 Mart 2017 11:57 Oxunub 1197
Minik avtomobili ilə yük maşını toqquşdu: xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır

Göyçay rayonunda baş verən qəzada sürücülərdən biri ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun 5-ci km-də qeydə alınıb. Göyçaydan Bərgüşad istiqamətində hərəkət edən Göyçay rayonunun Veysəlli kənd sakini Mehman Nəzərovun idarə etdiyi "Toyota" markalı minik maşını Şirvan kanalı üzərində körpüdən keçərkən idarəetməni itirərək qarşı tərəfdən gələn "Azəravtoyol" ASC-nin 17 saylı yol istismar idarəsinə məxsus "TATRA" markalı yük maşınına, daha sonra arxadan gələn "VAZ 21011" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Toyota"nın sürücüsü M.Nəzərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, ətrafdakıların köməkliyi ilə maşından çıxarılaraq Göyşay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh