İki maşın toqquşdu: ölən var - Bakıda

Qəzalar 14 Mart 2017 12:12 Oxunub 1021
İki maşın toqquşdu: ölən var - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakının mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 13-də saat 15 radələrində Səbail rayonunun Ə.Yaqubov küçəsində Bakı şəhər sakinləri - Elşən Tahirovun və Əsədulla Novruzovun idarə etdikləri "Ford-Tranzit" və "Tofaş" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Novruzov orada ölüb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh