İki avtomobil toqquşdu: xəsarət alanlar var - Ucarda

Qəzalar 14 Mart 2017 12:14 Oxunub 961
İki avtomobil toqquşdu: xəsarət alanlar var - Ucarda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən  gün axşam  saatlarında rayon ərazisində qeydə alınıb. Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Telman Ağasəlim oğlu Abdullayevin idarə etdiyi "Mitsubishi" markalı maşınla Vüqar Yusif oğlu Beydullayevin idarə etdiyi "VAZ-2106" markalı maşın toqquşub. Nəticədə  "Mitsubishi"nin sürücüsü T. Abdullayev, "VAZ-2106"-nın sərnişinləri, 1978-ci il təvəllüdlü Rəşad Sehran oğlu Əhmədov və 1990-cı il təvəllüdlü Ruslan Şakir oğlu İsayev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, T. Abdullayevin vəziyyəti nisbətən ağır olduğundan ilkin yardım göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxta göndərilib.

 

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh