Bakıda "protiv" gedən taksi sürücüsü həbs edildi – VİDEO-FOTO

Avtoxəbər 14 Mart 2017 12:37 Oxunub 5660
Bakıda "protiv" gedən taksi sürücüsü həbs edildi – VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Avtoş"luq edən 22 yaşlı sürücüyə 30 gün həbs cəzası verilib

Bakıda "VAZ 2107" markalı avtomobillə kobud şəkildə qayda pozan, hərəkətin əksinə gedərək olduqca təhlükəli hərəkətlər edən sürücü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, "VAZ-2107" markalı, 90 VX 145 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 22 yaşlı Samir Atakişi oğlu Məmmədəliyev Bakının Nizami rayonu sakinidir. Dünən gecə Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan sürücü bu gün məhkməmə qarşısına çıxarılıb. KYP 685390 saylı protokolla avtoxuliqan kimi cərimə olunan Samir Məmmədəliyev barəsində Suraxanı rayon Məhkəməsi 30 gün inzibati həbs qərarı çıxarıb. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Məlum olub ki, sürücü martın 12-də gecə saat 01.25 radələrində Aeoroport-Binə yolunda əks itsiqamətli yola çıxaraq hərəkət edib və onun bü hərəkəti başqa bir avtomobildəki sürücü tərəfindən lentə alınaraq mətbuatda yayılıb. Vaqif Əsədov bildirdi ki, bu cür görüntülərin vaxtında yayılmasında medianın rolu böyükdür. DYP də məhz bu görüntülər əsasında belə intizamsız sürücüləri tapıb cəzalandırır. Vaqif Əsədov bildirdi ki, DYP rəhbərliyi bu dəstəyinə görə jurnalistlərə təşəkkür edir.

Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün öncə də baş vermişdi. “ZİL” markalı yükmaşını əks yolda hərəkət edərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra həmin sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və haqqında intizam tədbiri görülmüşdü. Lakin sərxoş sürücü əməlinı haqq qazandıraraq “yaxşı eləmişəm” demişdi. Məhkəmənin qərarı ilə Elçin Babayev 14 gün inzibati qaydada həbs olunub.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh