Minik və yük avtomobilləri toqquşdu: xəsarət alan var - Gədəbəydə

Qəzalar 14 Mart 2017 14:43 Oxunub 990
Minik və yük avtomobilləri toqquşdu: xəsarət alan var - Gədəbəydə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gədəbəy rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Məşədiyev Asif Sahil oğlu “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yük maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan sürücü Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh