Metronun daha bir stansiyasında yenilik - FOTO

Yeniliklər 14 Mart 2017 19:07 Oxunub 1207
Metronun daha bir stansiyasında yenilik - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Şah İsmayıl Xətai" stansiyasında iki yeni turniket quraşdırılıb

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metronun daha bir stansiyasında sərnişin sıxlığının yaranmaması üçün əlavə turniketlər quraşdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, metronun "Şah İsmayıl Xətai" stansiyasında iki yeni turniket quraşdırılıb: "Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır". Qeyd edək ki, bundan əvvəl metronun 3 stansiyasında - "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılmışdı.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh