Avtomobil piyadanı vurdu - Naftalanda

Qəzalar 15 Mart 2017 11:59 Oxunub 918
Avtomobil piyadanı vurdu - Naftalanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Naftalanda avtomobil piyadanı vurub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Naftalan şəhər sakini, 1985-ci il təvəllüdlü Hacıyev Anar İbrahim oğlu müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. A.Hacıyevin bildirdiyinə görə, o, yolu keçən zaman hələlik markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh