Tünerlər "Porsche"yə əməlli-başlı "əl gəzdirdilər" - FOTO

Avtoxəbər 15 Mart 2017 21:00 Oxunub 3056
Tünerlər "Porsche"yə əməlli-başlı "əl gəzdirdilər" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeniliklərə həm də avtomobillərin aerodinamikası daxildir

Cenevrə avtomobil sərgisində "Techart" tüninq atelyesi iki layihəsi ilə çıxış edib. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, " TechArt GTstreet R" və "GTstreet R Convertible" modellərinin stendinə xeyli avtomobil həvəskarı yığışıb. "Porsche"-nin həm kabriolet həm də kupe modelinə mühəndislər əməlli-başlı əl gəzdiriblər. Avtomobillər karbondan hazırlanmış bir sıra yeni komponentlərə qovuşublar. Bu sıraya yenilənmiş bamper, yan qanadlar, arxa diffuzor, səsboğucu sistem daxildir. Arxa qanadı da nizamlamaq mümkündür. Yeniliklərə həm də avtomobillərin aerodinamikası daxildir. 300 km/saat sürət rejimində ümumi sıxılma gücü 321 kq təşkil edir. 3.2 litr həcmli "Porsche 911 Turbo" mühərriki 720 at gücü hasil edir. Avtomobillərin digər texniki xarakterstikaları barədə məlumat verilmir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh