Bakı “Formula 1”-in sahibinin tənqidinə cavab verdi

Yarışma 15 Mart 2017 12:41 Oxunub 1970
Bakı “Formula 1”-in sahibinin tənqidinə cavab verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qreq Maffei “Formula 1” sahibi olsa da, çempionatın rəhbərliyinə daxil olmayan bir şəxsdir"

Bakı Şəhər Halqası (BŞH) “Formula 1”-in sahibi, “Liberty Media”nın rəhbəri Azərbaycan Qran Prisi barəsində tənqid yaymasına münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə BŞH Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai oxu.az-a deyib ki, “Liberty Media”nın rəhbərinin Qreq Maffeinin “Formula 1” adından belə bir bəyanat verməsi nə qədər düzgün olması sual doğurur. N.Arpadarai bildirib ki, Qreq Maffei “Formula 1” sahibi olsa da, çempionatın rəhbərliyinə daxil olmayan bir şəxsdir, yəni çempionatların əməliyyatlarını aparmayan biridir: “Bu səbəbdən “Formula 1”-in adından belə bir bəyanat verməsi nə qədər düzgün olması sual doğurur. Digər tərəfdən Azərbaycan keçən il uğurlu bir yarış keçirib, bunu F1-in keçmiş rəhbəri Berni Eklstoun, pilotlar, media və tamaşaçılar də təsdiq etmişdilər”.  BŞH Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri ümid edir ki, “Liberty Media”nın rəhbəri Q.Maffei Bakıya səfər edəndən sonra fikrini dəyişəcək: “Bu il biz biznes baxımından biletlərin satışından razıyıq. Ümid edirik ki, iyul ayında “Liberty Media”nın rəhbərliyi Bakıda olacaq. Düşünürük ki, cənab Maffei Bakıya səfər edərək bizim planlarımızla tanış olandan sonra fikrini dəyişəcək”. Qeyd edək ki, “Formula 1”-in sahibi, “Liberty Media”nın rəhbəri Qreq Maffei Azərbaycan Qran Prisi barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə “uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir”. O, Azərbaycanı yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib. Maffei deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: “Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər”. Xatırladaq ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Onlar F1-in Avropadakı ənənəvi yarışlarını qorumaq və Birləşmiş Ştatlarda yenilərini keçirmək öhdəliyi götürüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh