Bu zolağa girən sürücülər cərimə olunacaq - DİQQƏT

Avtoxəbər 15 Mart 2017 12:46 Oxunub 8049
Bu zolağa girən sürücülər cərimə olunacaq - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslar üçün xüsusi yol salınır

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb. Avtosfer.az-ın agentlikdən aldığı məlumata görə, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilməsi və bu zolağın tələbinə uyğun yol nişanlarının quraşdırılması təmin edilib. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.

Qeyd edək ki, nişanlar qoyulduqdan sonra bu zolağa daxil olan digər sürücüləri 40 manat cərimə gözləyir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh